What
  • Arts & Entertainment
  • Automotive
  • Business Services
  • Community
  • Computer & Electronics
  • Construction & Contractors
  • Education
  • Elecrtonics
  • Entertainment & Arts
  • Food & Drink
  • Health & Beauty
  • Home & Gardens
  • Hotels
  • Industry & Agriculture
  • Landmarks
  • Legal & Financial
  • Organisations & Government
  • Pets & Animals
  • Real Estate
  • Restaurant
  • Services
  • Shopping & Services
  • Sports & Recreations
  • Travel & Accommodation
Where

Çinin ən nüfuzlu transmilli korporasiyalarından biri olan “Tiens Group” şirkətinin inkişaf
hədəflərindən biri – insanların daha yaxşı yaşamasına kömək etməkdir və 1995-ci ildən bu günə
qədər o bu məqsədə həmişə sadiq qalıb. Fəaliyyətinin başlanğıc mərhələsində “Tiens Group”
şirkətinin məhsullarının əsasını kalsium tərkibli gözəllik məhsulları təşkil edib. Lakin bugünkü
gündə şirkət bir çox istiqamətlərdə fəaliyyətini genişləndirərək transsərhəd elektron ticarət,
beynəlxalq turizm, canlı yayım və terminal təcrübə mağazaları kimi bir çox sahələrdə böyük
inkişaf və irəliləyişə nail olub və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən 110 filialı
vasitəsilə dünya miqyasında 47 milyondan çox ailəyə xidmət göstərib.

3 Avqust 2021-ci il tarixində (Çin vaxtı ilə) “Tiens Group” şirkəti tərəfindən “Beynəlxalq
sağlamlıq industriyasının inkişafı” forumu təşkil ediləcək. Forumun əsas məqsədi – qlobal
sağlamlıq industriyasının inkişaf yolunu və perspektivlərini müzakirə etməkdir. “Tiens Group”
şirkəti dünya miqyasında böyük nüfuza sahib olduğu üçün, sözügedən forum dünyanın kütləvi
informasiya vasitələrinin böyük diqqətinə səbəb olub. “Tiens Group” şirkətinin sədri Li Jinyuan
qeyd edib ki, qlobal kütləvi sağlamlıq industriyasının əsas iştirakçılarından biri kimi, “Tiens
Group” şirkəti “cəmiyyətdə insan sağlamlığı” naminə öz dəstək və köməyini indidən sonra da
əsirgəməyəcəkdir.

2013-cü ildə Çin dövləti qitələrarası xarici ticari əməkdaşlığın miqyasını genişləndirmək məqsədi
ilə “Bir kəmər, bir yol” təşəbbüsü ilə çıxış etmişdir. “Bir kəmər, bir yol” təşəbbüsü bir çox ölkəyə
ticarət həcmini artırmağa və ayrı-ayrı ölkələrə nəqliyyat və ticarət xərclərini azaltmağa imkan
yaratdı. “Tiens Group” şirkətinin “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində oynadığı
mühüm rollardan biri – “Tiens Group” şirkəti ilə “Bir kəmər, bir yol” layihəsində iştirak edən
ölkələr arasında iqtisadi və ticari əməkdaşlığı və qarşılıqlı əlaqələri inkişaf etdirməkdir.
Bir çox iqtisadiyyatlarda iqtisadi və ticari əməkdaşlığın önəmli rol oynadığını anlayan “Tiens
Group” şirkətinin sədri Li Jinyuan 1995-ci ildə birbaşa satışlar üzərində qurulan biznesə start
verir, 1997-ci ildə isə biznesini inkişaf etdirərək xarici bazarlarda fəaliyyət göstərməyə başlayır.
Qeyd etməyə dəyər ki, yeni qurulan transsərhəd elektron ticarət biznesi Avropa, Avrasiya,
Asiya-Sakit Okean regionu, Amerika və Yaxın Şərq bazarlarında sürətlə inkişaf etməyə başlayır
və hal-hazırda o 224 ölkə və regionu əhatə etməkdədir. Qlobal tədarük zəncirinin dayanıqlığını
təmin etmək məqsədi ilə bu yaxınlarda üç böyük xarici anbar istifadəyə verilmişdir: Avropa
Çexiya anbarı, Avropa Asiya anbarı və Afrika anbarı.
Son 26 ildə görülən davamlı işin və qoyulan zəhmətin nəticəsi kimi, “Tiens Group” bir məhsulun
satışı ilə məşğul olan şirkətdən çoxçeşidli məhsul strukturuna, inteqrasiya olunmuş səhiyyə
xidmətlərinə və, nəhayət, bütün ölkələri əhatə edən qlobal şəbəkəyə malik olan çoxsahəli,
innovativ və inteqrasiya olunmuş biznesə çevrilmişdir. Şirkət ailələrə istehlak yolu ilə qazanc
əldə etməyə, məşğulluğu və sahibkarlığı təşviq etməyə, qlobal səviyyədə biznes fəaliyyəti ilə
məşğul olmağa və eyni zamanda inkişafı stimullaşdırmağa kömək edən yeni, innovativ modelləri
və mexanizmləri tətbiq edir.
Xəbər verilir ki, dünyanın müxtəlif ölkələrindən olan “Bir kəmər, bir yol” layihəsinin bir çox
iştirakçısından Çində müsahibə götürülmüşdür və onlardan müsbət rəylər alınmışdır. Təsis
olunduğu gündən etibarən, “Tiens Group” şirkəti qlobal biznes sistemini yaratmaq üçün yeni
biznes modelləri və konsepsiyaları aktiv şəkildə təşviq edir, araşdırır və öz fəaliyyətində tətbiq
edir. “Bir kəmər, bir yol” strategiyasının əməli-praktiki icraçılarından biri kimi, “Tiens Group”
şirkəti artıq Çinin milli brendinə çevrilməyə müvəffəq olmuşdur, və gələcəkdə bu brend daha da
geniş qlobal iqtisadi inkişafa nail olmağa kömək edəcək dünya brendinə çevriləcəkdir.

Rate us and Write a Review

Your Rating for this listing

angry
crying
sleeping
smily
cool
Browse

Your review is recommended to be at least 140 characters long

building Own or work here? Claim Now! Claim Now!

Claim This Listing

Your request has been submitted successfully.